İngilis qadının İslam dinini qəbul etməsi İngiltərə mətbuatında ən çox maraqla qarşılanan xəbər olub. “Cihan”ın yaydığı məlumata görə, bu hadisə ölkənin nüfuzlu “DailyMail” qəzetinin internet saytında ən çox oxunan xəbər olub. Peşəsi müəllimlik olan Hizer Mettyus İspaniyanın İbis adasında keçirdiyi tətildən qayıdarkən bu qərarı qəbul edib.“Daily Mail” qəzetinə müsahibə verən Mettyus bu qərarına özünün də təəccübləndiyini deyib: “İnsanlar mənə təzyiq göstərildiyini fikirləşirlər. Amma mən güclü, müstəqil, özündən əmin bir qadınam. Müsəlman olma ehtimalı çox az olan insanlardan biri olduğumu bilirəm. Bu məni də təəccübləndirir. Amma sevgi və xöşbəxtlik üçün bu addımı atdım və həyatım dəyişildi”.