İngilis qızın yasında Quran oxunacaq

İngilis qızın yasında Quran oxunacaq
DÜNYA
17:45 31.08.2016
1676

Avstraliyada qaldığı oteldə bıçaqlanaraq öldürülən ingiltərəli Mia Chungun dəfnində cinayətin terror olmadığını sübut etmək üçün Qurandan ayə oxuyacaqlar.

AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı Mia 29 yaşlı Fransa vətəndaşı Smail Ayad tərəfdən bıçaqlanmışdı. Ayadın hadisədən öncə "Allahu Əkbər" deməsi mediada terror kimi yayımlanıb. Hadisəni araşdıran avstraliyalı polis cinayətkarın uyuşdurucunun təsirindən belə etdiyini deyərək olayın terror olmadığını vurğulayıb. 

Mianın anası cinayətin yanlış başa düşülməsinindən narahat olaraq “fəqli inancların bir arada olduğu” cənazanin baş tutmasını planlayıb.Qurandan ayə oxunacaq mərasimdə yəhudilik, buddizm kimi inanclardan da mətnlər söyləniləcək.

Mianın anası dediyi açıqlamada qızının küllərini dünyanın fərqli bölgələrinə dağıdacağını bildirib.Qızılgül

OXŞAR XƏBƏRLƏR