İngilisdili müəllimlərin peşəkarlığının artırılması üçün layihə həyata keçiriləcək

İngilisdili müəllimlərin peşəkarlığının artırılması üçün layihə həyata keçiriləcək
Bütün Xəbərlər
11:00 14.09.2013
1067

Təhsil Nazirliyi ilə Britaniya Şurası arasında işgüzar görüş keçirilib.

AZXEBER.COM-un məlumatına görə, ikitərəfli görüş zamanı ingilis dilinin tədrisi üzrə “21-ci əsrin müəllimi” layihəsinin həyata keçirilməsi ilə bağlı rəsmi sənəd imzalanıb.Sənədi təhsil nazirinin müavini Ceyhun Bayramov və Britaniya Şurasının ölkə üzrə direktoru xanım Elizabet Vayt imzalayıb.Layihə çərçivəsində Azərbaycanın ümumi təhsil müəssisələrinin ingilis dili müəllimləri tədris prosesində daha yeni metod və vəsaitlərdən istifadə imkanlarını öyrənəcək, eyni zamanda maraqlı dərslərin təşkili üçün lazımi bilik və məlumatlarla təmin olunacaqlar.Qeyd edək ki, “21-ci əsrin müəllimi” layihəsi çərçivəsində ötən illərdə Bakı şəhərində müvafiq iş həyata keçirilib. Bu il isə ilk dəfə olaraq müəllim-təlimçilər respublikanın digər rayonlarında da olacaqlar.İngilis dili biliklərinin yüksəldilməsi üçün cari ildə reallaşdırılacaq layihə əvvəlki illərdə həyata keçirilmiş layihələrdən miqyası və yayılma arealı ilə kəskin fərqlənəcək. Belə ki, sentyabr ayında start veriləcək layihəyə 15 rayondan 50 pilot məktəb cəlb olunacaq.Təlimlər Qəbələ, Şəki, Quba, Şamaxı, Gəncə, Mingəçevir, İsmayıllı, Xaçmaz, Zaqatala, Yevlax, Göyçay, Şirvan, Lənkəran, Salyan və Qusarla yanaşı, Bakı və Sumqayıtda da keçiriləcək. Ümumilikdə, 520 müəllim bu təlimlərdə iştirak edəcək.Britaniya Şurasının 24 nəfər müəllim-təlimçisinin iştirak edəcəyi layihənin yekununda ingilis dili müəllimlərinin müasir təlim metodları sahəsində professional bilik və bacarıqlarının inkişaf edəcəyi və ingilis dilinin təlim keyfiyyətinin daha da yüksələcəyi gözlənilir. Təlim kurslarının sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim ediləcək. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Britaniya Şurası bu istiqamətdə analoji layihələrini bundan sonra da daha geniş miqyasda davam etdirəcək.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mert viza ala bilmədiyi üçün Serenayla gedə bilmədi
19:53 08.08.2025
Mert viza ala bilmədiyi üçün Serenayla gedə bilmədi
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
19:51 08.08.2025
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
Məşhur aktrisaya AĞIR İTKİ
19:48 08.08.2025
Məşhur aktrisaya AĞIR İTKİ
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
19:46 08.08.2025
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
19:25 08.08.2025
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
Almaniya İsrailə silah ixracını dayandırıb
19:10 08.08.2025
Almaniya İsrailə silah ixracını dayandırıb
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
18:58 08.08.2025
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
18:40 08.08.2025
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
18:29 08.08.2025
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
18:06 08.08.2025
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
Putin bu ilin sonunda Hindistana səfər edəcək
17:52 08.08.2025
Putin bu ilin sonunda Hindistana səfər edəcək
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
17:38 08.08.2025
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
17:33 08.08.2025
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
17:20 08.08.2025
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
17:07 08.08.2025
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq
17:05 08.08.2025
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq