İngiltərə Premyer-liqasında 20-ci tura yekun vurulub. Ilk oyun günündə 5 qarşılaşma keçirilib.
Ötən tur "Çelsi"ni səfərdə məğub etmiş "Aston Villa" ev oyununda "Suonsi"yə uduzub. "Mançester Yunayted"i səfərdə yenmiş "Blekbörn" isə azarkeşləri qarşısında "Stok Siti"yə boyun əyib. KPR üzərində qələbə qazanan "Norviç" isə rəqib meydanında sevinib.
"Çelsi" səfərdə çətinliklə də olsa "Vulverhempton" üzərində qələbə qazana bilib. "Arsenal" isə hesabı açmasına baxmayaraq, "Fulhem" səfərindən xalsız qayıtmalı olub.
Turun mərkəzi matçında "Mançester Siti" azarkeşləri önündə "Liverpul"la qarşılaşıb. "Şəhərlilər" rəqibini asanlıqla məğlub edib. "Tottenhem" isə ev oyununda "Vest Bromviç"i minimal hesabla üstələyib. Ötən tur "Mançester Siti"ni ev oyununda son dəqiqə qolu ilə yenmiş "Sanderlend" isə səfərdə "Uiqan"ı darmadağın edib."Mançester Yunayted" səfərdə "Nyukasl"la qarşılaşıb. "Qırmızı şeytanlar" gözlənilməz məğubiyyətlə üzləşib. "Nyukasl" 3 cavabsız qolla qalib gəlib. Günün digər matçında isə "Bolton" səfərdə "Everton"a qalib gəlib.
İngiltərə Premyer-liqası
20-ci tur
2 yanvar
Aston Villa – Suonsi – 0:2
Qollar: Dayer, 5, Routlece, 47.
Blekbörn - Stok Siti – 1:2
Qollar: Qudvil, 70 – Krauç, 17; 45.
KPR – Norviç – 1:2
Qollar: Barton, 11 – Pilkinqton, 42, Morison, 83.
Volverhempton – Çelsi – 1:2
Qollar: Uard, 84 – Ramires, 54, Lempard, 89.
Fulhem – Arsenal – 2:1
Qollar: Siduell, 85, Zamora, 90+2 – Kosçielni, 21.
3 yanvar
Tottenhem - Vest Bromviç - 1:0Qol: Defoe, 63.
Uiqan - Sanderlend - 1:4Qollar: Rodalleqa, 62 - Qardner, 45+3. Makklin, 55. Sesenyon, 73. Vauqan, 80.
Mançester Siti - Liverpul - 3:0
Qollar: Aquero, 11. Yaya Ture, 33. Milner, 75.
4 yanvar
Everton - Bolton - 1:2Qollar: Hovard, 63 - N'qoq, 67. Qari Kahil, 78.
Nyukasl - Mançester Yunayted - 3:0Qollar: Ba, 33. Kabaye, 47. Cons, 90-öz qapısına.