İngiltərə klubu tanınmış baş məşqçi ilə müqavilənin müddətini uzadıb

İDMAN
20:49 23.04.2024
253
İngiltərənin "Aston Villa" klubu baş məşqçisi Unay Emeri ilə müqavilənin müddətini uzadıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Onun yeni sözləşməsi 2027-ci ilin yayınadək nəzərdə tutulub.

Daha əvvəl "Barselona" və "Bavariya"nın mütəxəssislə maraqlandığı bildirilib.

Qeyd edək ki, Unay Emeri 2022-ci ildən "Aston Villa"da işləyir.

OXŞAR XƏBƏRLƏR