"Fransa parlamenti özünü məhkəmə yerinə qoymamalıdır"
Dünyanın aparıcı qəzetləri Fransa Senatında yanvarın 23-də müzakirəyə çıxarılacaq əsassız qanun layihəsini tənqid edir.
AZXEBER.COM-un TRT-yə istinadən verdiyi xəbərə görə, "Los Angeles Times" və "Guardian" qəzetlərinin bu günkü sayında Fransa Senatının 1915-ci il hadisələrinə dair erməni iddialarının inkarının cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini rədd etməli olduğu vurğulanıb.
"Los Angeles Times" qəzeti "Fikir cinayəti və Fransa" başlıqlı yazıda Fransa parlamentinin özünü dünya tarixinin mühakimə olunduğu bir məhkəmə yerinə qoyma səlahiyyətinin olmadığını vurğulayıb. Qəzet Senatın bu layihəni rədd etməli olduğunu yazıb.
"Guardian" qəzerində dərc olunan yazıda isə sözügedən layihə ifadə azadlığına hücum kimi dəyərləndirilib. İngiltərə qəzetinın şərhində bildirilib ki, Fransa Senatı fikir və tarixi araşdırma müstəqilliyi adına erməni iddialarının inkarının cəzalandırılmasını nəzərdə tutan layihəni rədd etməlidir.