İngiltərədə qırmızı həyəcan: Temperatur 40 dərəcəyə çata bilər

İngiltərədə qırmızı həyəcan: Temperatur 40 dərəcəyə çata bilər
DÜNYA
14:30 22.06.2026
388
İngiltərədə bu həftə müşahidə olunacaq ekstremal isti hava şəraiti ilə əlaqədar qırmızı xəbərdarlıq elan edilib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ölkənin meteorologiya xidməti Met Office London da daxil olmaqla İngiltərənin cənub, şərq, qərbi Midlands bölgələri və Uelsdə yüksək temperaturun təsirli olacağını açıqlayıb.

Məlumata görə, xüsusilə çərşənbə və cümə axşamı günləri İngiltərə və Uelsin böyük hissəsində havanın temperaturu 37 dərəcəni keçə, bəzi ərazilərdə isə 38-40 dərəcəyə çata bilər.

Meteoroloqlar yüksək temperaturla yanaşı rütubətin də artacağını bildirərək, bunun sağlamlıq üçün riskləri daha da yüksəldəcəyini vurğulayıblar.

Met Office xəbərdarlıq edib ki, qeyri-adi isti hava gündəlik həyata ciddi təsir göstərə, nəqliyyat və digər xidmətlərdə fasilələr yarada bilər. Bu səbəbdən əhaliyə bütün zəruri ehtiyat tədbirlərinin görülməsi tövsiyə olunub.

Qeyd edək ki, İngiltərə ötən ay da güclü isti hava dalğası ilə üzləşmiş, bəzi bölgələrdə temperatur 35 dərəcəni ötmüşdü.
 
Gülay
OXŞAR XƏBƏRLƏR