Rezidenturaya qəbul imtahanının nəticələri məlum oldu

Rezidenturaya qəbul imtahanının nəticələri məlum oldu
SOSİAL
16:49 22.06.2026
159
Dövlət İMtahan Mərkəzi (DİM) rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (ikinci cəhd) nəticələri açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1266 namizəddən 49 nəfəri imtahana gəlməyib. 

221 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.

Müsabiqə şərtini ödəyənlərdən 139 nəfər 4 və ya 5-ci kurs tələbələridir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul” alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar.

İyunun 21-də keçirilən imtahanda 27 nəfər bu ilin, 55 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 82 namizəd ikinci mərhələyə buraxılıb.
OXŞAR XƏBƏRLƏR