Çingiz Abdullayev Əhmədinejada müraciət ünvanladı

Çingiz Abdullayev Əhmədinejada müraciət ünvanladı
Bütün Xəbərlər
20:46 09.07.2012
2617

Azxeber.com-un “Media forum” saytına istinadən məlumatına görə, müraciəti Azərbaycan Pen-klubunun rəhbəri Çingiz Abdullayev və Gənclərin Hüquqlarını Müdafiə Komitəsinin üzvləri edib.

İyulun 9-da Beynəlxalq Mətbuat Mərkəzində keçirilən tədbirdə səsləndirilən müraciətdə qeyd edilir ki, indiyədək gənc şairlərə qarşı rəsmi ittiham irəli sürülməyib, amma fərziyyələr səsləndirilir, onlar casusluqda günahlandırılır: “Rəsmi dövlət orqanları bu haqda heç nə demir. İran Azərbaycan Xarici İşlər Nazirliyinin beş notasına yarımçıq cavab verib, gənclərin harada saxlandığı açıqlanmayıb”. Çingiz Abdullayev tədbirdə deyib ki, Pen-klub yanında Gənclərin Hüquqlarını Müdafiə Komitəsi yaradılıb: “Biz o gənclərin buraxılmasına nail olmalıyıq. Rəsmi olmasa da, İran onları İsrailə casusluq etməkdə günahlandırır. Bu, ağlabatan deyil. İsrail özü daha yaxşı işləyən kəşfiyyatçılara malikdir, bu ölkənin bizim gənclərdən istifadə etməyə ehtiyacı yoxdur”. Yazıçı bildirib ki, İranın hərəkətində narazı qalsa da, bu ölkənin əleyhinə danışmaq niyyətində deyil: “Heç kim mənim İran əleyhinə danışmağımı eşitməyəcək. Çünki İranla Azərbaycan arasında münasibətlərin pisləşməsini istəyən qüvvələr var”. Çingiz Abdullayevin sözlərinə görə, daha on gün gözləyəcəklər, İran prezidenti Mahmud Əhmədinejad onları qəbul etməyə razılıq versə, bu ölkəyə yollanacaqlar: “Şəxsən mən də getməyə hazıram. İrana vəkil göndərmək barədə razılığa gəlmişdik. Amma hesab edirəm ki, vəkil İranın özündən tutulsa, daha yaxşı olar”.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu şəxslərə burun əməliyyatı pulsuz oldu
13:45 03.04.2026
Bu şəxslərə burun əməliyyatı pulsuz oldu
Azərbaycanda qadınlar ən çox bu peşə təhsili sahələrini seçir - SİYAHI
13:42 03.04.2026
Azərbaycanda qadınlar ən çox bu peşə təhsili sahələrini seçir - SİYAHI
Hava ilə bağlı xəbərdarlıq: intensiv yağış yağacaq, güclü külək əsəcək
13:21 03.04.2026
Hava ilə bağlı xəbərdarlıq: intensiv yağış yağacaq, güclü külək əsəcək
Aprel döyüşlərinə həsr olunmuş “Zəfər yolu” adlı layihə təqdim edilib
13:08 03.04.2026
Aprel döyüşlərinə həsr olunmuş “Zəfər yolu” adlı layihə təqdim edilib
"Kızılcık şərbəti"ndən qovulan Doğukan bu serialda çəkilir
13:03 03.04.2026
"Kızılcık şərbəti"ndən qovulan Doğukan bu serialda çəkilir
Azərbaycanda deputat gizli görüşdə yaxalandı: Əri gələndə pəncərədən qaçdı
13:02 03.04.2026
Azərbaycanda deputat gizli görüşdə yaxalandı: Əri gələndə pəncərədən qaçdı
Kıvançın serialında tərəf müqabili böhranı - 3 aydır heç kimi bəyənmir
12:57 03.04.2026
Kıvançın serialında tərəf müqabili böhranı - 3 aydır heç kimi bəyənmir
“Çox deyirdiniz, it kimi küçükləyib, indi dincəldiniz?” - 6 uşağı zəhərlənən ata - VİDEO
12:53 03.04.2026
“Çox deyirdiniz, it kimi küçükləyib, indi dincəldiniz?” - 6 uşağı zəhərlənən ata - VİDEO
Ağciyər xərçənginə qarşı peyvənd hazırlandı - İnsanlar üzərində yoxlanılacaq
12:48 03.04.2026
Ağciyər xərçənginə qarşı peyvənd hazırlandı - İnsanlar üzərində yoxlanılacaq
Azərbaycana turist axını azalıb
12:40 03.04.2026
Azərbaycana turist axını azalıb
“80 yaşım var, işləmək istəmirəm” - Novruz Məmmədov
12:36 03.04.2026
“80 yaşım var, işləmək istəmirəm” - Novruz Məmmədov
"Survivor" Serenay bu azərbaycanlı ilə sevgilidir
12:34 03.04.2026
"Survivor" Serenay bu azərbaycanlı ilə sevgilidir
Hikmət Hacıyev: Azərbaycanda 2020-ci ildən bəri 400-dən çox şəxs mina qurbanı olub
12:12 03.04.2026
Hikmət Hacıyev: Azərbaycanda 2020-ci ildən bəri 400-dən çox şəxs mina qurbanı olub
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər saxlanıldı
11:58 03.04.2026
Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər saxlanıldı
Pentaqonda gözlənilməz qərar: Daha iki general işdən çıxarıldı
11:47 03.04.2026
Pentaqonda gözlənilməz qərar: Daha iki general işdən çıxarıldı
Novruz Məmmədov işindən ayrıldı - SƏBƏB
11:42 03.04.2026
Novruz Məmmədov işindən ayrıldı - SƏBƏB