Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev 20 ildir ki, əmək haqqı almır. Buna səbəb onun əmək haqqından özünün könüllü olaraq imtina etməsidir.
AZXEBER.COM xəbər verir ki, Azərbaycanın dünya şöhrətli yazıçısı, 45 yaşında xalq yazıçısı adına layiq görülən Ç.Abdullayev 20 ildən artıqdır ki, çalışdığı Azərbaycan Yazıçılar İttifaqında ona ayrılan əmək haqqını almır.
Bundan başqa, xalq yazıçısı qonorarından da imtina edib. Bu fikirləri Ç.Abdullayev bizimlə söhbətində də təsdiqlədi: “İyirmi ildən artıqdır ki, Azərbaycanda nə maaş, nə qonorar almıram. Bütün pullarımı qaçqın və uşaq evlərinin hesabına köçürürəm. Sizə deyim ki, dünyanın tanınmış yazıçıları qədər qazanmasam da, amma qazandığım qonorar mənə yetir. 10 ildən artıqdır ki, mənə ayrılan xidməti avtomobildən də imtina etmişəm”.
Orxan