Avropa Liqasında mübarizə aparan “Neftçi” II təsnifat mərhələsinin cavab oyununu keçirib.
AZXEBER.COM-un məlumatına görə, “ağ-qaralar” Makedoniyada “Şkendiya” ilə cavab oyununa çıxıblar.
Bakıda keçirdiyi ilk görüşdə rəqibinin müqavimətini qıra bilməyib, qolsuz bərabərliklə kifayətlənən paytaxt təmsilçisi azarkeşlərini sevindirə bilməyib. Skopyedəki matçın, həm də növbəti mərhələyə vəsiqənin taleyini isə bir qol həll edib.
Belə ki, oyunun ilk yarısında hesabı açan meydan sahibləri qarşılaşmanın sonunadək üstünlüyü əldən verməyib. Bununla da “Neftçi”nin avrokubok mövsümü gələn il UEFA Superkubokunun oyununa ev sahibliyi edəcək “II Filip” stadionunda başa çatıb.
Qeyd edək ki, “Neftçi”yədək Azərbaycanın daha bir klubu – “Kəpəz” də avrokuboklarda mübarizəni dayandırıb.
Avropa Liqasının II təsnifat mərhələsi, cavab oyunu
21 iyul
“Şkendiya” (Makedoniya) – “Neftçi” (Azərbaycan) - 1:0Qol:Besart İbraimi, 31Qeyd edək ki, "Neftçi"nin bu duruma düşməsində ən çox tənqid olunan şəxslərdən biri də xalq yazıçısı, klubun müşahidə şurasının sədri Çingiz Abullayevdir. Maraqlıdır ki, klub Avroliqada həyəcan yaşadığı bir məqamda Çingiz Abdullayev Türkiyə prezidenti haqqında məqalə yazıb və onu tənqid edib. "Neftçi" azarkeşləri isə bu hərəkətə belə reaksiya verib: Çingiz Abdullayevin başı Erdoğana qarışıb, Neftçi batır. Bu günə qədər Türkiyə siyasəti ilə bağlı bir kəlmə belə işlətməyən Abdullayevin nəyə görə belə addım atması maraq doğurur. Yaxşı olardı ki, Çingiz Abdullayev Türkiyə siyasətinə ayırdığı enerjini, öz klubuna ayırardı.