Çingiz Bayramov platformasını açıqladı - FOTOLAR

Çingiz Bayramov platformasını açıqladı - FOTOLAR
Bütün Xəbərlər
14:07 15.10.2015
2450
16 saylı Yasamal ikinci seçki dairəsindən deputatlığa namizəd olan Çingiz Bayramov platformasını açıqlayıb.
AZXEBER.COM xəbər verir ki, namizədin seçki şüarı "Uca millətimizin və güclü dövlətimizin xidmətindəyəm" sözləridir. 
Tovuz rayonunda müəllim, ziyalı ailəsində anadan olan Çingiz Bayramov ali təhsilini Türkiyə Respublikasının İstanbul Universitetinin Siyasi Elmlər Fakültəsini Dövlət İdarəçiliyi ixtisası üzrə bitirib. 
O Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Mətbuat Xidməti və Analitik İnformasiya sektorunda böyuk məsləhətçi, “Azərsu” Səhmdar Cəmiyyətində Baş mütəxəssis və bir özəl şirkətdə baş müşavir vəzifələrində işləyib. Hal-hazırda “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) sədri və eyni zamanda Azərbaycan Milli QHT Forumunun (MQF) İdarə Heyətinin üzvüyəm.
OXŞAR XƏBƏRLƏR