Çingiz Həsənovun 90 illik yubileyi keçirildi

Çingiz Həsənovun 90 illik yubileyi keçirildi
GƏNCLİK
15:34 21.02.2012
1830

Bu gün Bakı Dövlət Universitetində görkəmli ziyalı, Prezident təqaüdçüsü, Böyük Vətən müharibəsi veteranı, Respublika Veteranlar Şurasının sədr müavini Çingiz Həsənovun 90 illik yubiley mərasimi keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, Tədbiri açan rektor, akademik Abel Məhərrəmov Çingiz Həsənovun mənalı ömür yaşadığını, xalqımızın adını hər zaman uca tutub, ona şərəf və şöhrət gətirdiyini bildirib. Rektor deyib ki, 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində Moskva, Kurs və Belqorod şəhərlərinin, Belorusiya və Ukraynanın faşist işğalçılarından azad edilməsi uğrunda aparılan döyüşlərdə böyük əzmkarlıq nümayiş etdirən Çingiz müəllim ordu sıralarından tərxis edildikdən sonra müxtəlif vəzifələrdə işləsə də, Bakı Dövlət Universitetinə olan sevgi və sayğı onu 1948-ci ildə universitetin hüquq fakültəsinə gətirib. Çingiz müəllim bu ali təhsil ocağının aspirantı, müəllimi, həmkarlar komitəsinin sədri kimi onun adını və şərəfini daim uca tutub, eyni zamanda, respublikanın ictimai-siyasi həyatında və bir sıra sahələrdə məsul vəzifələrdə çalışıb, Azərbaycan Kooperativlər İttifaqının idarə heyəti sədrinin birinci müavini və idarə heyətinin sədri vəzifəsini icra edib. A.Məhərrəmov Çingiz Həsənovun Çingiz Həsənovun universitetin iqtisadiyyat və idarəetmə kafedrasındakı fəaliyyətini yüksək qiymətləndirən rektor onun hər zaman dövlət və dövlətçiliyin təəssübkeşi olduğunu bildirib. Çingiz müəllimin təhsil naziri Misir Mərdanov tərəfindən «Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi» fəxri adına layiq görüldüyünü bildirən A.Məhərrəmov, eyni zamanda BDU-nun fəxri fərmanını və təbrik ünvanını da yubilyara təqdim edib. Sonra BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı, professor Zeynal Həsənalıyev, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, AMEA-nın vitse-prezidenti Arif Həşimov, deputat Ziyad Səmədzadə, Pedaqoji Universitetin rektor Yusif Məmmədov, akademiklər - İsmayıl İbrahimov, Teymur Bünyadov, professor Abuzər Xələfov və başaqları çıxış edərək yubilyarla bağlı xoş xatirələrini bölüşüblər.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:14 21.08.2026
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
14:09 21.08.2026
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
14:07 21.08.2026
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
14:06 21.08.2026
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
14:04 21.08.2026
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
13:50 21.08.2026
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
13:35 21.08.2026
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
İnsanlar niyə yalan danışır?
13:28 21.08.2026
İnsanlar niyə yalan danışır?
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
13:20 21.08.2026
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
13:06 21.08.2026
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
Elektron sənəd qəbulunun müddəti uzadıldı
13:04 21.08.2026
Elektron sənəd qəbulunun müddəti uzadıldı
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
13:03 21.08.2026
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
Narkotiklə bağlı cinayət törədənlərin sayi
12:58 21.08.2026
Narkotiklə bağlı cinayət törədənlərin sayi
Çüdoçumuz dünya çempionu oldu
12:52 21.08.2026
Çüdoçumuz dünya çempionu oldu
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib
12:46 21.08.2026
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılov dəfn edilib
12:39 21.08.2026
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılov dəfn edilib