Çinin yeni səfiri YAP-a gəldi

Çinin yeni səfiri YAP-a gəldi
Bütün Xəbərlər
17:25 16.02.2012
1059

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini - icra katibi Əli Əhmədov Çin Xalq Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Xun Tsyuini partiyanın mənzil-qərargahında qəbul edib.

AZXEBER.COM-un YAP-ın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüşdə Çin və Azərbaycan arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb, iki ölkə, eləcə də Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyi qeyd edilib.

OXŞAR XƏBƏRLƏR