INL: Qərbi Balkanın cinayət şəbəkələri ABŞ vətəndaşları üçün təhlükə yaradır

INL: Qərbi Balkanın cinayət şəbəkələri ABŞ vətəndaşları üçün təhlükə yaradır
DÜNYA
08:06 15.11.2026
95
Qərbi Balkanda fəaliyyət göstərən transmilli cinayət şəbəkələri regionun hüdudlarından kənarda da ABŞ vətəndaşları üçün təhlükə yaradır.

AZXEBER.COM xəbər verir ki, bu barədə Amerika rəsmilərinin Serbiyanın "Tələbə siyahısı"nın nümayəndələri ilə görüşündə ABŞ Dövlət Departamentinin Beynəlxalq narkotiklə mübarizə və hüquq-mühafizə məsələləri Bürosunun (Bureau of International Narcotics and Law Enforcement Affairs – INL) əməkdaşları bildiriblər.

Qeyd olunub ki, tələbə hərəkatının mütəşəkkil cinayətkarlığa qarşı mübarizə istiqamətindəki səyləri INL-in Serbiyada həyata keçirdiyi fəaliyyətləri tamamlayır.

Bununla belə, ABŞ tərəfi görüşdə müzakirə olunan məsələlər və tələbələrin cinayətkarlığa qarşı mübarizə sahəsindəki konkret fəaliyyətləri barədə əlavə məlumat verməyib.

Qeyd edək ki, görüşdə ABŞ nümayəndə heyətinə dövlət katibinin (Marko Rubio-red.) köməkçisi Brendan Hanrahan başçılıq edib.

Xatırladaq ki, INL ABŞ Dövlət Departamentinin struktur bölməsidir. Büronun əsas fəaliyyət istiqamətlərinə beynəlxalq cinayətkarlıq və qanunsuz narkotik dövriyyəsi ilə mübarizə, habelə tərəfdaş ölkələrdə məhkəmə və hüquq-mühafizə institutlarının gücləndirilməsi daxildir.
OXŞAR XƏBƏRLƏR