Çinli ekspert: Koronavirusa qarşı peyvənd...

Çinli ekspert: Koronavirusa qarşı peyvənd...
DÜNYA
22:58 08.06.2020
1285
Çinin respirator xəstəliklər üzrə tanınmış eksperti Con Nanşan yeni növ koronavirusa (COVID-19) qarşı peyvəndin payızın əvvəlində ilkin istifadəsinin mümkün ola biləcəyini açıqlayıb.

AZXEBER.COM AZƏRTAC-a istinadən bildirir ki, Çində COVID-19 virusunun törətdiyi xəstəliklə mübarizə və qabaqlayıcı tədbirlər üzrə yaradılmış ekspertlər qrupunun rəhbəri Con Nanşan bunu Çinin iri texnologiya şirkəti olan "Baidu"nun təşkil etdiyi onlayn tədbirdə çıxışı zamanı deyib. Yeni növ koronavirusa qarşı təbii immunitetin yaranması üçün ölkə əhalisinin təxminən 60-70 faizinin yoluxmasının gərəkdiyini, bunun da 30-40 milyon insanın ölümü ilə nəticələnə biləcəyinin ehtimal olunduğunu vurğulayan akademik bu səbəbdən yeganə çıxış yolunun əhalinin kütləvi peyvəndlənməsi olduğunu deyib.

Qeyd edək ki, hazırda Çində COVID-19 infeksiyasına qarşı bir neçə peyvəndin kliniki sınaqları aparılır. Çinin yeni növ koronavirusla mübarizəsinə aid hesabatında bildirilir ki, virus ortaya çıxandan bəri Çin hökuməti xəstəliyin müalicəsi üçün dərmanın, peyvəndin və analiz reagentlərinin hazırlanması üzrə tədqiqat işlərini təşviq edib. Çin mütəxəssisləri 5 növ peyvəndin - inaktivləşdirilmiş vaksin, rekombinant protein vaksin, qrip virusuna qarşı zəiflədilmiş vaksin, adenovirus vektoru əsaslı vaksin və nuklein turşu əsaslı vaksinin hazırlanması üzərində çalışırlar. İndiyədək 4 inaktivləşdirilmiş və bir adenovirus vektoru əsaslı peyvəndin kliniki sınaqlarına icazə verilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Robbi Kin: "Ferentsvaroş" və "Qarabağ" eyni gücdədir"
19:58 18.08.2025
Robbi Kin: "Ferentsvaroş" və "Qarabağ" eyni gücdədir"
Voronejdə azərbaycanlı iş adamı həbs edilib
19:55 18.08.2025
Voronejdə azərbaycanlı iş adamı həbs edilib
"Beşiktaş" futbolçusunu icarəyə verib
19:46 18.08.2025
"Beşiktaş" futbolçusunu icarəyə verib
Rusiya öz ampluasında - Dəyişməyən zehniyyət, "bulanıq suda balıq tutmaq" sevdası
19:34 18.08.2025
Rusiya öz ampluasında - Dəyişməyən zehniyyət, "bulanıq suda balıq tutmaq" sevdası
Ukrayna XİN: Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik
19:26 18.08.2025
Ukrayna XİN: Vaşinqton görüşündən təhlükəsizlik zəmanətlərinin aydın izahını gözləyirik
"Mançester Yunayted"in baş məşqçisi son 16 ilin ən pis göstəricisinə imza atıb
19:13 18.08.2025
"Mançester Yunayted"in baş məşqçisi son 16 ilin ən pis göstəricisinə imza atıb
Aysun anası Rəqsanə İsmayılova ilə bağlı müraciət etdi - VİDEO
19:02 18.08.2025
Aysun anası Rəqsanə İsmayılova ilə bağlı müraciət etdi - VİDEO
Bağça müdiri olmaq istəyənlərin nəzərinə
19:00 18.08.2025
Bağça müdiri olmaq istəyənlərin nəzərinə
İngiltərə klubu yeni hücumçu transfer edib
18:39 18.08.2025
İngiltərə klubu yeni hücumçu transfer edib
“Azərbaycanın diplomatik münasibətlərinə valeh olmuşam, sanki min ildir qurulub” - İlbər Ortaylı - VİDEO
18:29 18.08.2025
“Azərbaycanın diplomatik münasibətlərinə valeh olmuşam, sanki min ildir qurulub” - İlbər Ortaylı - VİDEO
Trampın reytinqi Alyaskada Putinlə danışıqlardan sonra yüksəlib
18:24 18.08.2025
Trampın reytinqi Alyaskada Putinlə danışıqlardan sonra yüksəlib
Fələstinin Baş naziri: Qəzza üzrə müvəqqəti komitənin yaradılmasını elan edəcəyik
18:14 18.08.2025
Fələstinin Baş naziri: Qəzza üzrə müvəqqəti komitənin yaradılmasını elan edəcəyik
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edildi
17:54 18.08.2025
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən əcnəbilər həbs edildi
Göygöldə şəhidin fotosuna hörmətsizlik edilib? - AÇIQLAMA - VİDEO
17:51 18.08.2025
Göygöldə şəhidin fotosuna hörmətsizlik edilib? - AÇIQLAMA - VİDEO
ABŞ-dən geniş nümayəndə heyəti sentyabrda Ukraynaya səfər edəcək
17:49 18.08.2025
ABŞ-dən geniş nümayəndə heyəti sentyabrda Ukraynaya səfər edəcək
Məşhurlardan Aysuna dəstək: "Hər zaman yanındayıq!"
17:44 18.08.2025
Məşhurlardan Aysuna dəstək: "Hər zaman yanındayıq!"