Çinlilər Avropa üçün yeni avtomobil hazırlayır

DÜNYA
15:16 08.11.2012
1141
Çinin “Qoros” şirkəti gələn il Cenevrə avtosalonunda ilk modelini təqdim etmək niyyətindədir.Yeni avtomobil sırf Avropa üçün nəzərdə tutulub. Dizayn, ekoloji və təhlükəsizlik normaları Avropa tələblərinə uyğunlaşdırılacaq. Bu məqsədlə avtomobil Avropada kraş testlərdən də keçiriləcək (Çin avtomobillərinin ən yaralı yeri – müəl.). “Qoros”un ilk modeli 4 qapılı sedan olacaq. Lakin avtomobilin heç bir texniki göstəricisi məlum deyil. Şirkət gələn ildən etibarən hər 6 ayda 1 yeni model layihələndirməyi qarşıya məqsəd qoyub. Bunun üçün yaxın 3 ildə 2 milyard dollardan çox sərmayə qoyulacaq.
//Lent.az

OXŞAR XƏBƏRLƏR