Elza Seyidcahan yeni şeirini paylaşdı: "Danışın papağımdan"

Elza Seyidcahan yeni şeirini paylaşdı: "Danışın papağımdan"
MAQAZİN
15:35 10.01.2024
525

Elza Seyidcahan yeni şeir yazdığını açıqlayıb.

AZXEBER.COM xəbər verir ki, əməkdar artist telefonla qatıldığı "Elgizlə izlə" verilişində yeni şeirinin "danışın papağımdan” adlandığını deyib.

"Anlayan da danışır, anlamayan da. Bu gün biz hər birimiz incəsənətin bir sütunuyuq. Baş sütunumuz da Zeynəb Xanlarovadır. Mən Flora xanımdan üzr istəyirəm ki, dünən belə bir hadisə baş verdi. Olmamalı idi. Mən sözümü yarım kəsməliyəm çünki şeir yazıram. Adı da "danışın papağımdan”dır.

Seyidcahan "İnşallah bir gün papağımdan yox, sənətimdən də danışarsınız. Amma sağlığımda, öləndən sonra yox” deyərək nitqini tamamlayıb.


Həmin şeiri təqdim edirik. 


PAPAĞIMIN GÜCÜ.
Danışın papağımdan,
Yapışın balağımdan.
Sürüşun topuğumdan,
Girişin dizimdən.
Sürünün izimnən.
Yarışın özumnən.
Alışın üzümnən.
Düşünün sözümnən.
Göruşun papağımnan,
Danışın yatağımnan.

Aysel

OXŞAR XƏBƏRLƏR