Gənc Vətənpərvərlər Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lara Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “ Gənclər arasında insan alverinin və narkomaniyanın qarşısını almaq məqsədilə preventiv tədbirlərin keçirilməsi və milli –mənəvi dəyərlərinin gücləndirilməsi”adlı layihə çərcivəsində Bakı şəhəri Səbayil rayon 2 saylı texniki humanitar elmlər liseyində “İnsan alveri və narkomaniya qarşı mübarizədə gənclərin rolu” mövzusunda elmi praktik konfrans keçirilib.
AZXEBER.COM-un məlumatına görə, tədbirdə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lara Dövlət Dəstəyi Şurası katibliyin məsləhətcisi M.Zahidov, könüllülər, GVB-n İdarə heyətin üzvü A.Sarıyev, təşkilat komitəsinin və QHT-lərin nümayəndələri iştirak ediblər.
Tədbirdə məktəbin direktoro Bəkir Mustafayev bildirib ki,bütün dünyada kriminal biznesin əsas hissəsinə çevirilən insan alveri və narkomaniya qlobal ümumbəşər bir problemə çevirilib,”Milli-mənəvi dəyərlərimizə zidd olan narkomaniya problemi hüquqi-demokratik dövlət quran Azərbaycan dövlətini ciddi narahat edir və problemlə dövlət səviyyəsində mübarizə aparılır.Bu sahədə insan alveri və narkomaniyadan uzaq olmaq məqsədilə məktəbimizdə marifləndirmə işləri aparılır,ancaq bu sahədə gələcəyimizi narkomaniyadan qorumaq üçün lazımi proqram və layihələrin televizayalarda da olmasını vacib hesab edirik”. Layihə rəhbəri M.Əliyev layihənin mahiyyətindən söhbət acdı və qeyd etdi ki, Dünyada insan alveri qurbanlarının 80 faizini qadınlar,50 faizini isə uşaqlar təşkil edir .Bu insanlar əsasən seksual ya da ağır fiziki əmək və ev işləriylə məşhul olmaqla məcbur edilirlər .Bu problem dövlət sərhədi bilməyən inkişaf etmiş və inkişafda olan ölkələr arasında heç bir fərq qoymayan böyük problemdir.Bu problem hərbi münaqişəyə cəlb olunmuş dövlətdə olduğu kimi ,əminamanlıqda yaşayan dövlət üçün də xarakterdir.Layihə üzrə təşkjilat komitəsinin üzvü A.Əsədov qeyd etdi ki,narkomaniya həyat fəaliyyətinin kobud surətdə pozulmasına və sosial tənəzzülə gətirib çıxaran ağır xəstəlikdir.”İnsan narkotik madddən asılı olur və qula bənzəyir.İnsan hər şeyi –sağlamlığını,qüvvəsini ,özünə hörməti itirir.Narkotik maddə təkcə onu qəbul edən insanı məhb etmir,həmcinin narkomanın ailə üzvlərinin sağlamlığına mənfi təsir göstərir,onların uşaqları fiziki və psixi çatışmammazlıqlarla dünyaya gəlir”
Layihə üzrə təşkilat komitəsinin üzvü polis təqaütcüsü S.Əliyev insan alveri və narkomaniyadan,pis vərdişlərdən ,azyaşlı uşaqların siqaretə və spirtli içkilərə meylərinin artmasından danışıb.O qeyd edib ki,narkotikə dücar olanlar həmişə çalışırlar ətrafına imkanlı üşaqlar cəlb etsinlər.Bu sahədə hamı fəal olmalı ,birlikdə insan alvveri və narkomaniyaya,pis vərdişlərə,siqaret,spirtli içkilərə qarşı olmalıyıq .
Tədbirdə məktəbin tərbiyə işləri üzrə direktor müavini Kəmalə Abbasova, fiziki tərbiyə müəllimi Ramiz Qasımov birliyin beynaxalq əlaqələr üzrə müdir müavini fəxri üzvü Elnaz Səfərli ,layihə üzrə ekspert Əbdül Abbasquliyev və başqaları çıxış edərək insan alveri və narkomaniyanın fasadlarından ətraflı danışaraq diskusiyalar aparıblar.Qeyd olunub ki,növbəti tədbirdə məktəbin şagirdləri tərəfindən insan alveri və narkomaniya ilə bağlı rəsmlər çəkilsin.Ən maraqlı rəsmə görə diplom və mükafat verilməsi tövsiyə olunub.
Tədbirin sonunda məktəbin direktor müavini Kəmalə Abbasova yeniyetmə və gənclərin hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsində,milli dəyərlərimizi,sağlam həyat,sağlam ailə,mədəni irslərimizin təbliğində və fəal təşkilatcılığına görə GVB tərəfindən fəxri diplomla təltif olunub,rəngli buklet və H.Əliyevin əksi olunmuş döş nişanı tədbir iştirakcılarına paylanıb