“İnsan itkisi yoxdur” - Rövnəq Abdullayev

“İnsan itkisi yoxdur” - Rövnəq Abdullayev
Bütün Xəbərlər
00:56 05.12.2015
1587

Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev “Günəşli” yatağının 10-cu özülündəki yanğın haqda danışıb.

“Qafqazinfo”nun məlumatına görə, Rövnəq Abdullayev Ans TV-yə bildirib ki, yanğın nəticəsində heç bir insan itkisi yoxdur.

O deyib ki, yanğının söndürülməsi istiqamətində bütün zəruri tədbirlər görülür..

Qeyd edək ki, baş verən güclü tufan saat 17.40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın olub.

OXŞAR XƏBƏRLƏR