‘İnsanların əmək haqqını, rifahını yüksəltmək lazımdır’ - Cavid Qurbanovdan sərt çıxış

‘İnsanların əmək haqqını, rifahını yüksəltmək lazımdır’ - Cavid Qurbanovdan sərt çıxış
SİYASƏT
14:31 21.10.2016
11371

"Devalvasiyadan qorxmaq lazım deyil". 

Bunu millət vəkili, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin bugünki iclasında "Kredit büroları haqqında" qanun layihəsinin II oxunuş üçün müzakirəsi zamanı bildirib. Deputat həmçinin insanların banklardan asılılığının azaldılması istiqamətində iş görülməli olduğunu deyib.
"Devalvasiyadan qorxmaq lazım deyil. İnsanların əmək haqqını, maddi rifahını yüksəltmək lazımdır. İdxaldan asılılığın azaldılması, ixracın artırılması siyasəti də məhz buna istiqamətlənib", - deyə C.Qurbanov qeyd edib. (report)

OXŞAR XƏBƏRLƏR