Ən populyar fotoservis olan İnstagram-ın iOS və Android əməliyyat sistemləri üçün versiyalarında 3 yeni filtr istifadəyə verilib.
Filtrlər "Lark", "Reyes" və "Juno" adlanır.
"Lark" filtri fotodakı qırmızı rəngi çoxaldır, mavi və yaşıl rəngləri artırır. Bu filtr peyzajlar üçün əlverişlidir.
"Reyes" filtri fotoları "köhnəldir", vintaj edir. "Juno" isə fotodakı "soyuq" rənglərə yaşıl əlavə edir, ağ rəngi daha "isti" edir. "Juno" portretlər üçün məsləhətdir.
Bundan başqa, İnstagram-da artıq "Emoji" əsasında heşteqlər yaratmaq olar.
Belə smayliklər vasitəsilə axtarış da etmək olar. //milli.az





