Xəbər verdiyimiz kimi, Türkiyədə dünyasını dəyişən aktrisa Mila Əminə Bakıda anılıb.
AZXEBER.COM-un əməkdaşı yas mərasimində iştirak edib.
Mila dünyasını dəyişdikdən sonra bir çox məşhurlar onun ölümündən sarsıldıqları dilə gətiriblər. Paylaşımlara ürək dağlayan şərh edərək üzüldükləri açıq-aşkar bəlli olunurdu.
Diqqətçəkən məqam isə hər gün paylaşımlar edən yerli məşhurlar demək olar ki, heç biri iştirak etməyib. 3 saat davam edən mərasimdə iştirak edən insanlar barmaqla sayılacaq qədər az idi. Mərasimdə məşhurlardan yalnız rəqqasə Fatimə, aktrisa Pərvin Abıyeva iştirak edib.
Daha bir maraqlı məqam isə ondan ibarətdir ki, yasa gələn xanımlar açıq-saçıq geyim geyiniblər.
Məşhurlardan da savayı Milanın heç bir qohumu da anıma qatılmayıb.
Qeyd edək ki, 29 yaşlı aktrisa minigit xəstəliyindən dünyasın dəyişib. Milanın anası Əminə türk vətəndaşı olduğu üçün aktrisa Türkiyədə dəfn olunub.
Nazim Qasımzadə