“İnstagram”dan yeni funksiya: Hekayələr 7 gün ərzində silinməyəcək

MARAQLI
12:19 04.12.2023
230
"Mənim həftəm” funksiyası sayəsində Instagram istifadəçilərə hekayələrinə 24 saat deyil, 7 gün baxmaq imkanı verəcək.

AZXEBER.COM xəbər verir ki, "İnstagram” sosial media platforması "Hekayələr” funksiyasının nümayiş vaxtını uzadacaq yeni funksiya üzərində işləyir.

Bu xüsusiyyət ilə istifadəçilərin platformadakı hekayələrinə 24 saat deyil, 7 gün baxmaq olar. Digər tərəfdən, istifadəçilər istədikləri zaman hekayələrini silə biləcəklər.

"Mənim Həftəm" adlanan bu funksiyanın istifadəçilərə nə vaxt çatacağı hələlik məlum deyil.

"İnstagram”ın belə bir funksiya üzərində çalışdığı və tezliklə istifadəçilərə təqdim etməyi hədəflədiyi qeyd edilib.

Ayşən

OXŞAR XƏBƏRLƏR