"“İnter” nizam-intizamla və istəklə oynayan komandadır"

İDMAN
14:18 26.01.2012
1179

“İnter-“Konya Şəkərspor” qarşılaşmasından sonra rəqib komandanın baş məşqçisi Mustafa Çapanoğlu oyun barədə fikirlərini bildirib.

-“İlk hissə gözəl alındı. Hər iki komanda da texnika baxımından gözəl oyun sərgilədi. İkinci hissədə hər iki komandada dəyişiklik edildi. Oyunda qapımıza 3-cü qol vurulduqdan sonra toparlandıq və oyun bitənədək hər iki komanda mübarizə apardı. Hazırlıq oyunu olmasına baxmayaraq, liqa oyunu kimi istəkli oynadılar. Mənə görə hər iki komanda üçün yaxşı hazırlıqoyunu oldu. “İnter” nizam-intizamla və istəklə oynayan komandadır və irəlidə komandaya uğurlar arzulayıram”.

Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR