“İnter”in qapıçısı “Mançester Yunayted”in hədəfindədir

İDMAN
19:42 03.07.2023
227
"İnter”in qapıçısı Andre Onana "Mançester Yunayted”in hədəfindədir.

İngiltərə klubu kamerunlu qolkiperin transferi ilə bağlı danışıqlar aparır.

İtaliyalılar Onana üçün 60 milyon avro tələb edir. Bu, Mançester təmsilçisini razı salmır.

Premyer Liqa klubu qapıçını 50 milyona transfer etmək istəyir.

Qeyd edək ki, Onananın "İnter”lə müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.
 
///Apa
OXŞAR XƏBƏRLƏR