“Intern Academy - 2” təcrübə proqramının bağlanış mərasimi keçirildi - FOTOLAR

GƏNCLİK
17:29 29.12.2021
830
BMT-nin Uşaq Fondunun (UNICEF) dəstəyi, Azərbaycan Gənclər və İdman Nazirliyinin, Gənclər Fondu və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin  birgə təşkilatçılığı ilə həyata keçirilmiş "Intern Academy – 2” təcrübə proqramının bağlanış mərasimi baş tutub.

Təcrübə proqramının 33 iştirakçısı 2 ay ərzində Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurası, "İRƏLİ” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzində təcrübə keçiblər. Təcrübə proqramının son iki həftəsində iştirakçılar mütəxəssislər tərəfindən təşkil olunan "Şəxsi İnkişaf” və "Peşəkar İnkişaf” mövzuları üzrə təlimlərdə iştirak ediblər.

Layihənin keçirilməsində əsas məqsəd Gənclərlə iş, Sosial və humanitar elmlər, Hüquqşünaslıq, Dövlət və bələdiyyə idarəetməsi, İqtisadiyyat, Maliyyə sektorunda təhsil alan tələbə və məzunların gənclərlə iş sahəsindəki bilik və bacarıqları daha da inkişaf edərək onların bu sahədə əlavə təcrübə qazanmasına şərait yaratmaqdır.

Tədbirdə iştirak edən gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbərinin müavini Min Yuan , "Gəncləri Maarifləndirilməsinə Dəstək” İB-nin sədri Rüfət Qazızadə çıxışlarında tələbə və gənc məzunlara layihədə aktiv iştirak etmələrinə görə  təşəkkür edərək, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıblar. Layihənin məqsədinin gənclərlə iş sahəsində peşəkar kadrların hazırlanması və mütəxəssislərin yetişdirilməsi olduğu da vurğulandı.

"Intern Academy” iştirakçıları isə öz növbəsində proqram haqqında öz təəssüratlarını bölüşərək, gələcəkdə bu kimi layihələrin daha çox gənci əhatə etməsinin önəmini qeyd ediblər.

Tədbirin yekununda iştirakçılara təcrübə proqramını uğurla başa çatdırmaları münasibətilə sertifikatlar təqdim olunub.

Qeyd edək ki, proqramda iştirak üçün 500-dən çox müraciət daxil olub və onlardan 33 nəfər gənc iştirak haqqı qazanıb. Məzunların bəziləri artıq müvafiq qurumlarda işlə təmin edilib. Gənclərdə olan maraq səbəbilə "Intern Academy” təcrübə proqramının mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.
 









OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb