İnternat və uşaq evləri məzunları üçün xüsusi təlimlər keçirildi

SOSİAL
15:19 29.07.2016
1500
“ Azad Həmfikirlər” Gənclərin Maariflənməsi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “ İnternat və uşaq evləri məzunlarının sosial adaptasiyası” layıhəsini reallaşdırb. Abşeron rayon Masazır qəsəbəsində yerləşən “Məzun evi” ndə həyata keçirilən layihə çərçivəsində hüquqşünas Mətanət Əsgərova və psixoloq Səadət Höcətova məzunlara təlim keçiblər. Təşkilatın sədri Samirə Mustafayevanın sözlərinə görə, internat və uşaq evlərinin məzunlarının cəmiyyətə uyğunlaşmasında hələ də problemlər yaşanır.
Azərbaycanda sosial adaptasiyaya ehtiyacı olan xeyli internat və uşaq evi məzunları var. Bu gənclər 18 yaşına çatdıqdan sonra sosial və psixoloji problemlər yaşayırlar. Çıxışçılar layihənin gənclərə yardımı toxunacagına ümid etdiiklərini də bildirdilər. Təlimlərdə gənclər konstitusiya ilə tənzimlənən hüquq və vəzifələrilə tanış oldular.”Şəxsiyyətin formalaşmasında cəmiyyətin rolu” mövzusunda təlimin dinləyicisi oldular. Ümumilikdə təlimlərdə İctimai münasibətlərin şəxsiyyətin inkişafında rolu, narkomaniya ilə mübarizə, ictimai yerlərdə ictimai qaydalara riayət edilməsi, İctmai yerlərdə ünsiyyətqurma mədəniyyəti, İşə düzəltməni tənzim edən qanunlar, İşə düzəltməylə bağlı davranış qaydaları, ailə-nigah münasibətlərinin qanunla tənzimlənməsi, depresiya və stress, borc müqavilələri və s. .gənclər üçün əhəmiyyətli mövzulardan danışılıb. 3 aylıq layihənin sonunda internat və uşaq evləri məzunlarının əl işlərindən ibarət sərgi təşkil olundu.
OXŞAR XƏBƏRLƏR