İnternet fəalları ayağa qalxdı

MARAQLI
11:49 25.01.2012
1376

Baş nazir Donald Tusk etirazlara rəğmən ölkənin beynəlxalq sazişə qoşulacağını deyib

Polşada yüzlərlə ölkə vətəndaşı hökumətin beynəlxalq müəllif hüquqları sazişinə qoşulma planına qarşı etiraz aksiyası keçirib. Polşa hökumətinin Fırıldaqçılıq Əleyhinə Ticarət Sazişini dəstəkləməsi son günlər ölkədə kəskin etiraz dalğası yaradıb. Gənc internet fəalları və sayt rəhbərləri ölkənin bu sazişə qoşulmaqla ölkədə internet senzurasına yol açacağını iddia edir. AKTA adı ilə tanınam beynəlxalq sazişin bu yaxınlarda ABŞ parlamentində müzakirə olunan Onlayn piratçılıq əleyhinə qalmaqallı qanun layihəsi ilə oxşarlığı var. Sazişin əsas məqsədi musiqi, bədii əsər, elmi ixtira və dizayn patentləri kimi intellekt məhsullarının müəllifin xeyrinə qorunmasını təmin etməkdən ibarətdir. Saziş ötən ilin oktyabrında ABŞ, Avstraliya, Kanada, Cənubi Koreya, Yaponiya, Yeni Zelandiya, Mərakeş və Sinqapur kimi aparıcı sənaye ölkələri arasında bağlanıb. Polşa baş naziri Donald Tusk gənc internet fəallarının etirazlarına rəğmən hökumətin AKTA-ya qoşulmaqda israrlı olduğunu bildirib. Baş nazir artıq ölkənin Yaponiyadakı səfirinə AKTA sazişini imzalamağa dair göstəriş verdiyini bildirib.

OXŞAR XƏBƏRLƏR