Ötən il internet istifadəçilərinin sayı 2 milyardı ötüb. “The Royal Pingdom” resursu tərəfindən dərc edilmiş hesabata əsasən, hazırda 2,1 milyard insan internetdən istifadə edir. Asiyada 922,2 milyon, Avropada 476,2 milyon, Şimali Amerikada 271,1 milyon, Latın Amerikası və Karib dənizi ölkələrində 215,9 milyon insan internetdən istifadə edir. Ən az internet istifadəçiləri Afrika, Yaxın Şərq və Avstraliyadadır. Bundan əlavə, 2011-ci ilin sonunda 555 milyon sayt fəaliyyət göstərib.