İlgiltərədə yaşayan Gregory Tomkins adlı gənc internetdə canlı yayım vasitəsilə digər istifadəçilərin gözünün qarşısında özünü asıb.
AZXEBER.COM Xarici KİV-ə istinadən xəbər verir ki, dünyada təxminən 6 milyona yaxın istifadəçisi olan "Patpalk” adlı saytda növbəti intihar hadisəsi baş verib.
Dünyada getdikcə populyarlaşan saytda insanlar bir-birlərini intihara inandırmaq və təhrik etməklə məşğuldurlar.
Gregori də saytın "chat” bölməsinin canlı yayımında mübahisə sonrası özünü asıb. İzləyicilər təcili tibbi yardıma xəbər versələr də onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bu saytda baş verən ilk hadisə deyil. Bundan əvvəl də "Patpalk” da oxşar hadisələr baş verib.
Leyla Rəhimli