“İnternetdə reklam xarakterli olan məlumatlara görə vergi verilməlidir” - Deputat

ÖZƏL
12:37 12.12.2022
1302
"Mən də düşünürəm ki, internetdən bu formada, yəni burada daha çox təbliğat, təşviqat, reklam xarakterli olan məlumatlardan vergi verilməlidir”. 

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Rüfət Quliyev Azərbaycanda "TikTok” və digər sosial şəbəkələrin vergi verməsi məsələsinə münasibət bildirərkən deyib.

Deputat qeyd edib ki, bir çox ölkələrdə artıq bu məsələ ilə bağlı işlərə başlanılıb:

"Tiktokdur, yutubdur, "Odnoklassniki”dir, feysbukdur ki, bir çox ölkələr artıq bu məsələ başlayıb. Dövlətlər bilirlər, hesablayırlar. Buna "apriori” hesablama deyilir, bu nəhəng internet iştirakçılar küllü miqdarda pul qazanırlar, əsas da internet iştirakçıları küllü miqdarda pul qazanırlar. Əsas da reklamdan, təbliğatdan söhbət gedir”. 

Deputat Azərbaycanda da bu məsələyə diqqət edilməyin lazım olduğunu qeyd edib və bildirib ki, artıq müəyyən addımlar atılır:

"Buna görə də, mən də hesab edirəm ki, Azərbaycanda da buna fikir vermək lazımdır. Biz Qazaxıstanı misal gətirə bilərik, orada artıq qanun var ki, qazancdan 12 faiz vergi verilsin. Başqa-başqa ölkələrdə bu məsələlərlə bağlı addımlar atılır. Amma sona çatdırmaq üçün müəyyən vaxt lazımdır. Bunların ofisləri həmin ölkələrdə, məsələn, Azərbaycanda, Qazaxıstanda, Rusiyada, Ukraynada və s. ölkələrdə rəsmi ofisləri yoxdur. Ona görə də, bu, böyük bir çətinlik yaradır. Amma buna baxmayaraq hansısa bir formada düşünmək lazımdır. Burada İKT mütəxəssisləri, profesionallar işləməlidir. Təkliflərini verməlidir. Düşünürəm ki, buna yaxın gələcəkdə yol açılacaq. Amma onu da qeyd edib ki, müəyyən addımlar var”.

Aydın Nuri

OXŞAR XƏBƏRLƏR