Türkiyəli qadın sosial media üzərindən tanış olduğu, kişi deyə bildiyi "Kaan Yıldız” əslində qadın imiş
AZXEBER.COM Türkiyə mediasına istinadən bildirir ki, İstanbulda yaşayan Şevval Öztürk 3 il öncə sosial media üzərindən Kaan Yıldız adlı şəxslə tanış olub.
Onlar 3 il müddətində "Whatsapp” üzərindən danışıb. Kaan adından istifadə edən Sevinç Kaya Şevvalə onunla evlənmək istədiyini deyərək ondan müxtəlif həddiyələr, külli miqdarda pul alıb. Ən son o Şevval Kayadan 300.000 TL (təxminən 125 min manat) pul istəyib.
Qadın onun bu istəyini geri çevirdikdə isə şəkillərini yaymaqla təhdit edib. Bunun üzərinə polisə şikayət edən Şevval Kaya Kaan Yıldızın əslində qadın olduğunu öyrənib.
Polis məsələ ilə bağlı araşdırma aparıb. Sevinç Kayanın 3 ildən 12 ilə dək həbs edilməsi gözlənilir.