"İnterpol"la axtarışda olan Ermənistan vətəndaşı Tbilisidə saxlanılıb

"İnterpol"la axtarışda olan Ermənistan vətəndaşı Tbilisidə saxlanılıb
DÜNYA
19:26 08.10.2026
103
Gürcüstanda İnterpolun "qırmızı bülleteni" ilə axtarışda olan Ermənistan vətəndaşı saxlanılıb.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.

Saxlanılan şəxs Ermənistan hüquq-mühafizə orqanlarının müraciəti əsasında qrup şəklində adam öldürmə, xuliqanlıq və qanunsuz odlu silah gəzdirmə ittihamları ilə beynəlxalq axtarışa verilib.

Ermənistan vətəndaşı Gürcüstanda həyata keçirilmiş istintaq tədbirləri nəticəsində Tbilisidə yaxalanıb.

Hazırda saxlanılan şəxslə bağlı qanunla müəyyən edilmiş ekstradisiya prosedurları həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR