Bakıda dəhşətli intihar hadisəsinin bəzi təfərrüatları məlum olub.
Özünü 11-ci mərtəbədən atan Bakı Ali Neft Məktəbinin 4-cü kurs tələbəsi, Gəncə şəhər sakini Abbasov Hüseyn Maarif oğlunun atası danışıb.
Tələbənin atası Abbasov bildirib ki, oğlunun bir neçə fəndən kəsirləri olub. O, istintaqa deyib ki, oğlu əlaçı tələbə idi: "Bizə birdən məlum oldu ki, onun 6 fənin 4-dən kəsiri qalıb. Və uşaq bunun üçün çox həyəcan keçirirdi".
Qeyd edək ki, H.Abbasov 4-cü kurs tələbəsi olub, o, ali məktəbə qəbul olarkən 670 bal toplayıb.