İntihar etmək istəyən şəxs 500 dollar istədi – VİDEO

İntihar etmək istəyən şəxs 500 dollar istədi – VİDEO
Bütün Xəbərlər
11:09 21.01.2015
945
Xaçmaz rayonunda intihara cəhd edən şəxs xilas edilib.
AZXEBER.COM APA TV-yə istinadən xəbər verir ki, Xaçmaz rayon sakini Ələkbərov Əbülfət Nöhbala oğlu intihar etmək məqsədilə Xaçmaz dəmiryolu vağzalının işıqlandırma dirəyinə çıxıb.
Hadisə yerinə FHN-nin xilasediciləri və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. İntihar etmək istəyən şəxs hədələyib ki, kimsə dirəyə çıxmaq istəsə, özünü yandıracaq. O, hadisə yerinə gələn ailə üzvlərinin də yalvarışlarına məhəl qoymayıb.
Əbülfət Ələkbərov intihardan vaz keçmək üçün 500 dollar pul istəyib. İstədiyi pul verilib. Amma, o, pulu yenidən yerə atıb. Fürsətdən istifadə edərək onun ayağından tutan xilasedicilər Əbülfət Ələkbərovu xilas ediblər.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yerə endirilən şəxs hüquq-mühafizə orqanlarına təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR