Hadisə ilə bağlı şok məlumatlar ortaya çıxdıb.
Ağcabədi Rayon Polis İdarəsindən AZXEBER.COM-a verilən məlumata görə, televiziyada başqa kişi ilə intim görüntüləri yayılan qadının əri, Göyçay rayon sakini Elmidar Səfərovdur. Bir neçə gün əvvəl Elmidar Səfərov polisə şikayət edib ki, onun 36 baş xırdabuynuzlu mal-qarası Ağcabədi mal bazarında satılıb, pulları isə mənimsənib.
Hazırda təhqiqat araşdırması aparılır.
Bu arada isə Elmidarın şəriki olan Qəhrəman Camalovun həmin çobanın həyat yoldaşı ilə intim görüntüləri yayılıb.
Qadın Qəhrəmanla ər-arvad kimi yaşadığını etiraf edib.Xatırladaq ki, Zaur Baxşəliyevin verilişi Ağcabədini ayağa qaldırıb
ATV telekanalında yayımlanan “Ümid var” verilişi Ağcəbədi rayonunda aksiyaya səbəb olub.
AZXEBER.COM xəbər verir ki, verilişin ötən gün yayımlanan bölümündə həyat yoldaşının başqa kişi ilə olan intim münasibətini videoya çəkib ATV-yə göndərən əslən Ağcəbədidən olan kişi yardım istəyib.
Belə ki, kişi arvadının onu aldatdığı anları videoya çəkib. Daha sonra isə o “Ümid var” verilişindən ona kömək etmələrini istəyib.
Veriliş zamanı studiyada əyləşən ekspertlər kişinin həyat yoldaşını aldanan qadını sərt tənqid edərək, onun “sevgilisi”nin də qanun qarşısında cavab verməli olduğunu bildiriblər.
Aparıcı Zaur Baxşəliyev da qadını sərt tənqid edib.
Bu gün isə Ağcəbədidə bir qrup şəxs bu görüntülərin efirə verilməsi və nəticə olaraq ağcabədililərin aşağılanmasına etiraz ediblər.
Efirdə yayımlananlara etiraz etdiklərini bildirən sakinlər, aparıcının ağcəbədilərdən üzr istəməsini tələb ediblər və bu cür görüntülərin efirə verilməsinə etiraz ediblər.İcra hakimiyyətindən sakinlərə bildirilib ki, onların etirazı lazımi instansiyalara çatdırılacaq.
Həmin görüntüləri təqdim edirik: