İntiqam Babayev BMT-nin Nyu York qərargahında rəsmi səfərdədir

İntiqam Babayev BMT-nin Nyu York qərargahında rəsmi səfərdədir
GƏNCLİK
20:30 27.08.2013
3849

Xəbər verdiyimiz kimi, Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi ilə Nazirlik və BMT-nin İnkişafProqramının əməkdaşlarından ibarət nümayəndə heyəti BMT-nin Nyu York Qərargahında rəsmi səfərdədir.

AZXEBER.COM-un məlumatına görə, nümayəndə heyəti ilk olaraq BMT-nin İctimai Əlaqələr və İctimai İnformasiya üzrə Baş Katib müavini cənab Peter Launski-Tieffental ilə görüşüb. Görüşdə BMT-nin Gənclər Forumunun gələn il Bakıda keçirilməsi təşəbbüsü bəyənilib və BMT-nin Baş Katibinin də tədbirdə iştirak edəcəyi xüsusi olaraq vurğulanıb. Gənclər Forumu elm, texnologiya, innovasiya və mədəniyyət əsaslı qlobal və dayanıqlı inkişafın mümkün təşviqi yolları və vasitələrin tapılması prosesində gənclərin iştirakı üçün bir platformadır.

Nümayəndə heyəti eyni zamandaBMT Baş Katibinin yeni təyin olunmuş Gənclər üzrə Səfiri Əhməd Əlhəndaviilə görüşüb. Gənclər üzrə Səfir Azərbaycanda Gənclər siyasətinin həyata keçirilməsi islahatlarından xəbərdar olduğunu bildirib və Gənclər üzrə Dövlət Proqramını dövlətin Gənclərə qayğısı kimi qiymətləndirib.

Əhməd Əlhəndavi BMT-nin Gənclər məsələləri üzrə ekspertlərinin I Simpoziumunun növbəti ilin iyununda keçiriləcəyini və Bakı şəhərinin bu tədbir üçün münasib olduğunu bildirib.

Nümayəndə heyətinin rəhbəri İntiqam Babayev BMT Təhlükəsizlik Şurası Modelində iştirakla yanaşı Azərbaycanda həyata keçirilən Gənclər siyasətini, Gənclər təşkilatları və Gənclər Evlərinin fəaliyyətini əyani müşahidə etmək üçün Ə.Əlhəndəvini Azərbaycana dəvət edib.

Səmimi və dostluq şəraitində başa çatanmüzakirələrin nəticəsi olaraq BMT Təhlükəsizlik Şurasına üzv ölkələrin gənc diplomatları və tələbələrinin iştirakı ilə bağlı məsələlər öz həllini tapıb.Xatırladaq ki, dörd günlük konfrans Azərbaycan da daxil olmaqla hazırda BMT Təhlükəsizlik Şurasına üzv olan 15 ölkədən 45 universitet tələbə və məzunlarını bir araya gətirəcək.

Azərbaycan 1 yanvar 2012-ci il tarixindən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib və onun üzvlüyü 31 dekabr 2013-cü il tarixinə qədər davam edəcək. Bu iki il ərzində Azərbaycan 2012-ci ilin may ayında TŞ-ə sədrlik edib və növbəti oktyabr ayında bir aylıq müddətə yenidən başçılıq edəcək.

Azərbaycan nümayəndə heyətinin BMT-nin Nyu York Qərargahına rəsmi səfəri davam edir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
20:43 16.10.2026
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
20:36 16.10.2026
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
20:27 16.10.2026
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
20:23 16.10.2026
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
20:19 16.10.2026
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
20:15 16.10.2026
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
20:11 16.10.2026
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
20:05 16.10.2026
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
20:02 16.10.2026
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
20:00 16.10.2026
İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib
Ukraynada keşiş 3 nəfəri güllələyib
19:38 16.10.2026
Ukraynada keşiş 3 nəfəri güllələyib
Qazaxıstanda zəhərli hörümçək udan körpə qız komaya düşdü
19:26 16.10.2026
Qazaxıstanda zəhərli hörümçək udan körpə qız komaya düşdü
Rusiyanın Koqalım şəhərinin aeroportu ilk dəfə dron təhlükəsinə görə bağlanıb
19:13 16.10.2026
Rusiyanın Koqalım şəhərinin aeroportu ilk dəfə dron təhlükəsinə görə bağlanıb
Lukaşenko Belarusda xalq könüllü müdafiə dəstələrinin sayını artırmağı tapşırıb
18:55 16.10.2026
Lukaşenko Belarusda xalq könüllü müdafiə dəstələrinin sayını artırmağı tapşırıb
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
18:40 16.10.2026
Novak: ABŞ-a dizel tədarükü ilə bağlı bütün məsələlər artıq həll edilib
Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib
18:30 16.10.2026
Polşa XİN rəhbəri: Ötən ilin yanvarından ABŞ Ukraynanın müdafiəsinə bir sent də xərcləməyib