Gənclər və İdman nazirinin müavini İntiqam Babayev “İslahatçı Gənclər” İctimai Birliyi tərəfindən “Gənclərin dostu” Fəxri Diplomuna layiq görülüb.
Nazir müavini bu mükafata Azərbaycanda reallaşdırılan dövlət gənclər siyasətinə verdiyi dəstəyə, gənclər tərəfindən irəli sürülən təşəbbüslərin dəstəklənməsindəki əməyinə görə layiq görülüb.
“Gənclərin dostu” Fəxri Diplomunu İntiqam Babayevə “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı təqdim edib.