İntizam Komitəsində oturanlar başlarını itirib: "Qarabağ"a səhv cəza verilib

İntizam Komitəsində oturanlar başlarını itirib: "Qarabağ"a səhv cəza verilib
İDMAN
16:56 15.09.2016
1429
Dünən xəbər verdiyimiz kimi, "Qarabağ" Azərbaycan Premyer Liqasının AZAL ilə oyununda stadionu topdaşıyan uşaqlarla təmin etmədiyinə görə AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb.
Oyunun keçirildiyi "Əlincə-Arena"da topdaşıyan uşaqlar olub. Bəs onda AFFA nümayəndəsi Sakin Məmmədzadə nəyə əsasən belə bir şeyi öz qeydlərinə daxil edib.
"Qarabağ"ın mətbuat katibi Nurlan İbrahimovun açıqlamasından isə belə aydın oldu ki, AFFA İntizam Komitəsində oturanlar başlarını itiriblər: "Əslində bu əsas komandanın oyununda yox, əvəzedici komandanın keçirdiyi görüşdə olub. Sadəcə olaraq səhvən əsas komanda ilə bağlı cərimə kəsilib".
Qaynarinfo.Az
OXŞAR XƏBƏRLƏR