“İpək Yolundan Stavernə” - Nerdrum Muzeyində Azərbaycan Mədəniyyət Günləri qeyd olunub — FOTOLAR

“İpək Yolundan Stavernə” - Nerdrum Muzeyində Azərbaycan Mədəniyyət Günləri qeyd olunub — FOTOLAR
MƏDƏNİYYƏT
19:56 09.07.2025
1360
Norveçin Nerdrum Muzeyində keçirilən "İpək Yolundan Stavernə” adlı Azərbaycan Mədəniyyəti Günləri, "Earth and East” Festivalı çərçivəsində böyük izdihamla reallaşıb. Hər gün 700-dən artıq qonağın iştirak etdiyi tədbir Azərbaycan ilə Norveç arasında mədəni körpülərin qurulmasına xidmət edib.

Festivalın dörd əsas təşkilatçısı – Nerdrum Muzeyi, Sjoparken, Thor Heyerdahl İnstitutu və Norveçdə fəaliyyət göstərən CAN –Təşkilatı olub.

Tədbiri rəsmi olaraq Nerdrum Muzeyinin icraçı direktoru Martin Romberg açaraq festivalın Azərbaycan mədəniyyətini Norveç auditoriyasına tanıtmaq baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Daha sonra məşhur norveçli rəssam Odd Nerdrumun qızı Aftur Nerdrum və CAN təşkilatının rəhbəri Şervin Nəcəfpur milli geyimlər, mədəni irs və ortaq dəyərlər mövzusunda qonaqlara Azərbaycan mədəniyyətinin zənginliyi haqqında geniş məlumat veriblər. Tədbirin diqqətçəkən hissəsi Azərbaycan Rəssamlar İttifaqının üzvü Elnarə Rəsulovanın Qarabağ xalçalarından ibarət şəxsi kolleksiyası olub. Bu xalçalar öz rəngləri, naxışları və simvolizmi ilə qonaqlara qədim İpək Yolunun mədəni zənginliyini hiss etdirib.

Xüsusilə "Ata vəsiyyəti – oğulun zəfəri” adlı xalça tamaşaçılarda böyük təəssürat yaradıb. İpək və yundan ikitərəfli toxunmuş, 2 il 4 ay müddətində ərsəyə gətirilən bu sənət əsərinin bir tərəfində Ümummilli Lider Heydər Əliyevin gələcəyə verdiyi vəsiyyət, digər tərəfində isə Prezident İlham Əliyevin həmin vəsiyyəti yerinə yetirməklə əldə etdiyi zəfər təsvir olunub.

Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, dosent Gülzadə Abdulovanın və Alaca milli geyim brendinin təqdim etdiyi milli geyim kolleksiyası böyük maraqla qarşılanıb. Bu geyimlər tanınmış jurnalist Nigar İbrahimovanın təqdimatında norveçli modellər tərəfindən nümayiş etdirilib. Tədbirdə Qarabağ, İrəvan xanlığı və Cənubi Azərbaycana aid olan milli geyimlər də nümayiş olunub. Festivalın musiqili hissəsi Azərbaycan-norveçli müğənni və bəstəkar Marie Sahba və onun triosunun çıxışı ilə tamamlanıb. Sənətkar ilk dəfə bu heyətlə səhnəyə çıxaraq, "A Billion Years Too Soon” adlı proqramını təqdim edib. Tədbirə Qazaxıstanın Norveçdəki səfirliyinin nümayəndələri də qatılıblar. Bu, Türk dünyası ölkələri arasında mədəni həmrəyliyin və birliyin bariz göstəricisi olub. Qonaqlara "AzGranata” brendinin keyfiyyətli Azərbaycan şərabları ("NorAs Wine Import” vasitəsilə təqdim olunub) və "Naturella” tərəfindən hazırlanmış orqanik smuzilər təqdim olunub.

CAN təşkilatının rəhbəri Şervin Nəcəfpur tədbir barədə bunları qeyd edib: "Mənim üçün bu festival sadəcə bir tədbir deyil, bir arzu və vizyonun gerçəkləşməsi idi. İllərdir ki, Şərqlə Qərb arasında bənzərlikləri göstərmək, ortaq bəşəri dəyərləri mədəniyyət, sənət və geyim vasitəsilə paylaşmaq mənim əsas missiyam olub. Bu ilk dəfə olaraq, Azərbaycanın tarix əsasında ərsəyə gələn milli geyimləri Norveçdə bir muzeyin divarları arasında təqdim olunub. Bu, təkcə moda nümayişi deyil, tarixin, yaddaşın və kimliyin sükutla danışdığı bir an idi.

Qarabağ xalçalarımız və bu nadir irs nümunələri qısa zamanda o qədər dərin maraq oyatdı ki, Norveçdə bir neçə muzey bizimlə əməkdaşlıq etmək arzularını bildirdilər. Bu, Azərbaycan mədəniyyətinə olan sevginin və hörmətin göstəricisidir.Keçirilən festival sadəcə mədəniyyətin təqdimatı deyil – bu, dostluğun, dialoqun və ortaq yaddaşın dirçəldilməsidir. Bu, yalnız bir başlanğıcdır”.

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
14:02 11.06.2026
Məhərrəm ayı bu tarixdə başlayır - FƏTVA
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
13:56 11.06.2026
Ölkəmizdə arağa meyillilik artır – Biz niyə içirik?
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
13:46 11.06.2026
Azərbaycanda bu şəxslər işdən çıxarıla bilməz
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
13:44 11.06.2026
Qız övladı olan valideynlərə erkən pensiya veriləcək? - VACİB AÇIQLAMA
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
13:34 11.06.2026
Bakıda tanınmış restoranda dönərə görün nə qatırlar - Fotolar
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
13:30 11.06.2026
AYNA 419 min manat ödəyib bu dayanacaqları sökdürür
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
13:28 11.06.2026
"İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb" - Mikayıl Cabbarov
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
13:21 11.06.2026
Xərçəngdən əziyyət çəkən blogerin vəziyyəti ağırdır - FOTO
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
13:20 11.06.2026
İsveçdən əcnəbilərlə bağlı yeni qərar: Daimi oturum icazəsi ləğv olunur
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
13:18 11.06.2026
ADNSU-da Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə qalibləri mükafatlandırıldı - FOTOLAR
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
13:13 11.06.2026
"Arzum" ləqəbli blogerin heç bir vəsatəti təmin edilmədi
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
13:01 11.06.2026
Şəhid övladları üçün ənənəvi “Məzun Günü” tədbiri təşkil olundu - FOTOLAR
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
12:38 11.06.2026
İran: ABŞ hücumları atəşkəsi faktiki olaraq yararsız hala salıb
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
12:35 11.06.2026
"İnsanın dostu onun cibidir, çünki..." - Aysun
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
12:34 11.06.2026
"İdrak" liseyində müəllimin güllələnməsi ilə bağlı yeni QƏRAR
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
12:28 11.06.2026
İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir