"iPhone 16" modelinin dizaynları ortaya çıxdı: Bu cür olacaq

MARAQLI
11:21 18.12.2023
227
"İphone 16" və "İphone Pro"ya aid olduğu iddia edilən şəkillər internetə sızıb.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bununla bağlı Apple mühəndisləri dizaynı dəqiqləşdirməyə çalışırlar.

Əldə edilən məlumata görə, Apple mühəndisləri artıq 3 müxtəlif prototip üzərində işləyir və onların funksionallığını sınaqdan keçirirlər.

iPhone 16-nın dizaynı əksər aspektlərdə iPhone 15-ə bənzəyir.
 
MacRumors-un əldə etdiyi daxili sənədlərə əsasən, əsas fərqlər kamera obyektivlərinin tərtibatı və düymə dizaynlarında olacaq.

Buna uyğun olaraq, iPhone 16-nın ön hissəsi dəyişməz qalsa da, fərqli bir kamera və düymə dizaynı ilə qarşılaşa bilərik.
 
Arxa kamera sensorlarına baxdığımızda Apple-ın fərqli dizaynları sınaqdan keçirdiyini görürük. Bu dizaynlardan birincisi iPhone 15 modellərinə bənzəyir.
 
Digər halda, iPhone X-ə bənzər inteqrasiya olunmuş dizayna üstünlük verilir.

Digər əsas fərq düymələrin düzülüşü və dizaynındadır. Səs və hərəkət düymələri aşağıda göstərildiyi kimi sol tərəfdə qalır, lakin Apple hər biri üçün iki üslubu sınaqdan keçirir. Bu varyasyonlar istifadəçilərə daha intuitiv və rahat interfeys təklif edə bilər.

Apple hələ dizayn prosesinin başlanğıcındadır və iPhone 16 seriyası üçün bir ilə yaxın vaxt var. Buna görə də, faktiki dizaynların fərqli ola biləcəyini qeyd etməliyik.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR