Sentyabrda təqdim edilməsi gözlənilən iPhone 7-nin ilk görüntüləri yayılıb.
Bu il üç iPhone-la tanışlıq gözlənilir. Birincisi, bu ay çıxması gözlənilən 4 inçlik iPhone-dur.
Növbəti iki yeni məhsul iPhone 7 və iPhone 7 plus olacaq. Onların korpusunun arxasının fotoları artıq mediaya sızıb. "Apple"nin yeni məhsulunun görünüşündəki fərq o qədər də böyük olmasa da, kamera yuvasının nisbətən böyüklüyü diqqət çəkir.
///Axşam.az