“iPhone17”ni Bakıya qanunsuz keçirmək üçün sərnişinlərə payladı - Foto

“iPhone17”ni Bakıya qanunsuz keçirmək üçün sərnişinlərə payladı - Foto
SOSİAL
13:39 25.09.2025
290
Ölkə ərazisinə gömrük nəzarətindən və gömrük ödənişlərindən yayındırılmaqla paylama üsulu ilə gətirilməyə cəhd göstərilən xeyli miqdarda mallar aşkar edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Bildirilib ki, Ciddə-Bakı aviareysi ilə gələn Azərbacan vətəndaşı digər sərnişinlərə payladığı 5 ədəd "İphone17”, 4 ədəd "İphone16”, 15 ədəd "Apple” markalı qələm, 8 ədəd "Apple” markalı qulaqcıq və 5 ədəd ətiri onlardan qəbul edərkən saxlanılıb.

Dövlət Gömrük Komitəsi bir daha səyahət edən vətəndaşlara bildirir ki, xarici ölkələrdə tanımadıqları şəxslərdən götürdükləri əşyalar gömrük sərhədindən keçirilən zaman hüquqi məsuliyyət yarada bilər.

Faktla bağlı araşdırma aparılır.
 

 


OXŞAR XƏBƏRLƏR