“iPhone”lərə gələn YENİLİKLƏR

MARAQLI
11:37 26.10.2023
382
"Apple” bütün dəstəklənən iPhone modelləri üçün iOS 17.1 yeniləməsini buraxıb. 

AZXEBER.COM xəbər verir ki, ABŞ-nin texnologiya nəhəngi "Apple” son həftələrdə iOS 17 yeniləməsini yeni iPhone ilə telefonlara paylamağa başlayıb.

iOS 17 mövcud funksiyalara böyük təkmilləşdirmələr gətirsə də, istifadəçilərin əksəriyyəti keçən il buraxılmış iOS 16-dan yapışıblar. Bunun səbəbi istifadəçilərin səhvlərə görə yeni versiyaya yüksəltmək istəməməsidir.

Məsələn, bəzi iPhone istifadəçilərinin telefonları gecə enerji doldurarkən sönür, bəziləri isə Wi-Fi bağlantılarında kəsilmələr yaşayır.

Apple bu problemləri həll edəcək iPhone modelləri üçün iOS 17.1 yeniləməsini buraxıb.

Bu yeniləmə həmçinin iPhone 12-nin radiasiya səviyyələrini azaltmaq üçün düzəlişləri ehtiva edir.

Ayşən

OXŞAR XƏBƏRLƏR