İqdırdan Naxçıvana qaz xətti çəkilə bilər

İQTİSADİYYAT
11:02 15.11.2013
1332
Azərbaycan qazını Türkiyə üzərindən Avropaya daşıyacaq 10 milyard dollarlıq dəyərində olan TANAP layihəsinin inşasına 2014-cü ilin əvvəlindən başlayacaq. 
ANS PRESS Türkiyə mediasına istinadən xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevlə birgə mətbuat konfransında Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan TANAP layihəsi ilə bağlı danışıbƏrdoğan TANAP-ın tikintisinin 2014-cü ildə bağlanacağını deməklə yanaşı bu tarixi layihənin tezliklə reallaşmasının zəruri olduğuna diqqət çəkib: “TANAP-ın xaricində atılan bir çox addımlar var. Bakı-Tbilisi- Ceyhan, daha əvvəl açılışını etdiyimiz layihə idi. Hazırda Azərbaycan neftini dünyaya Ceyhan limanından çıxarılır. Azərbaycanla bir çox layihələrimiz var. “Şah Dəniz” qazını Türkiyə üzərindən Avropaya çatdırılacaq. Qars -Tbilisi- Bakı dəmir yolu layihəmiz var”.Ərdoğan həmçinin yaxın gələcəkdə İqdırdan Naxçıvana təbii qaz xəttinin çəkilməsinin mümkün olduğunu bildirib.

OXŞAR XƏBƏRLƏR