İqlim dəyişikliyi ilə bağlı alimlərin araşdırması: Ən azı 100 dəfə…

MARAQLI
13:07 11.10.2023
254
Tədqiqatçılar müəyyən ediblər ki, iqlim dəyişikliyi Cənubi Amerikada avqust və sentyabr aylarında müşahidə olunan həddindən artıq isti dalğasının ehtimalını ən azı 100 dəfə artırıb.

AZXEBER.COM xəbər verir ki, Böyük Britaniya, ABŞ, Hollandiya və Braziliyadan olan universitetlərdən və meteorologiya institutlarından 12 alim beynəlxalq təşəbbüs olan World Weather Attribution (WWA) çərçivəsində Cənubi Amerikada iqlim dəyişikliyinin həddindən artıq isti dalğasına təsirini araşdırıb.

Araşdırmaya görə, insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi bəzi bölgələrdə həddindən artıq isti dalğası ehtimalını ən azı 100 dəfə artırıb. Müəyyən edilib ki, Cənubi Amerikada yay ayları istisna olmaqla, həddindən artıq isti dalğaları yaşamaq ehtimalı iqlim dəyişikliyinin təsiri olmadan demək olar ki, mümkün deyil.

Alimlər xəbərdarlıq edirlər ki, istixana qazı emissiyaları sürətlə sıfıra endirilməsə, oxşar istilik hadisələri daha tez-tez və ekstremal xarakter alacaq.

Gülay

OXŞAR XƏBƏRLƏR