İqtisad Universiteti ilə bağlı ağlagəlməz iddialar - MÜSAHİBƏ

GƏNCLİK
20:36 16.02.2012
15231
Bədirxan Musayev: «Otağıma nəcis qoyub, pampers atırdılar ki, guya professor özünü idarə edə bilmir»İqtisad elmləri doktoru, professor Bədirxan Musayev Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyevdən dövlət başçısı İlham Əliyevə şikayət edib. 2011-ci ilin noyabrına qədər rektor Şəmsəddin Hacıyevin müşaviri və İqtisadi Kibernetika kafedrasının müdiri işləyən B.Musayevali məktəbdə baş alıb gedər rüşvətxorluğa və korrupsiya faktlarına etiraz etdiyini, buna görə şər-böhtanla üzləşdiyini bildirib. Bədirxan Musayev “Bizim Yol”un suallarını da cavablandırıb. Müsahibəni təqdim edirik. Qarşı tərəfin münasibətini də dərc etməyə hazırıq. - Dövlət İqtisad Universitetində baş verən hadisələr, özünüzə qarşı haqsızlıqlarla bağlı prezidentə müraciət etmisiniz. Sizi belə bir addımı atmağa vadar edən nə olub?- Universitetdə rüşvətxorluq, milli xəyanət, tayfabazlıq, dostbazlıq, yerlibazlıq var. Həmçinin prezidentə qarşı təxribat aparılır.- Ciddi ittihamlardı, faktınız varmı? - Mən prezidentə, Baş Prokurorluğa, Təhsil Nazirliyinə bu haqda rəsmən müraciət etmişəm. Səbail Prokurorluğunda izahat vermişəm. Hələlik bu işin kimə tapşırılacağı aydın deyil. Baş prokurora teleqram vurdum ki, məni qəbul etsin. - Özünüzdə universitetdə rəhbər vəzifədə işləmisiniz. Dediklərinizi faktlarla isbat edə bilərsinizmi?- Əlbətdə konkret faktlarım var. Məsələn, hər il Dərbənd filialına testdən kənar 600-700 tələbə qəbulu edilir. Bu tələbələr Dərbənddə deyil, buralarda 1 il başlarını girələyirlər. Sonra onları İqtisad Universitetinin ən pristijli fakultələrinə köçürürlər. Mən Beynəlxalq İqtisadi Münasibətlər, Maliyyə-Kredit və Kredit İqtisad fakultələrinə savadsız və testdə minimum bal toplamayan tələbələrin köçürülməsindən bəhs edirəm.- Bu qədər qanunsuzluq yəqin ki, böyük miqdarda rüşvət hesabına həyata keçirilir… - Mən hələlik bunu demək istəmirəm. Bu qanunsuzluqların hamısını yazıb prokurorluğa təqdim etmişəm. Bunu sübut etdikdən sonra rəqəmləri açıqlayacağam. İndi açıqlasan bundan mənə qarşı istifadə edə bilərlər. - Qanunsuzluq ancaq bundan ibarətdir?-Qeyri-qanuni əməllər çoxdur. Təsəvvür edin ki, imtahanlar testlə keçirilir. Amma suallar və cavablar tələbələrə satılır, cədvəl dəyişdirilir. Tələbələrin hamısı qiymət alsa da, əslində bilikləri sıfır dərəcəsindədir. Məni iki fakultədə imtahanlara nəzarət etməyə göndərdilər. Əmtəəşünaslıq fakiltəsində 119 tələbə yeddi fəndən imtahan verdi. Yalnız bir tələbə yeddi imtahandan salamat çıxa bildi. Digər fakultədən də 80 tələbə yeddi fəndən imtahan verdi və mənimsəmə sıfır idi. Mən orada nə rüşvətə nə də xahişlərə imkan verdim, nəticədə bu reallıqlar üzə çıxdı. Təsəvvür edin ki, qiyabidə 4 mindən çox tələbə təhsil alır. Əgər obyektiv imtahan götürülsə, onların mənimsəməsi sıfır olacaq. Bir sözlə yaramaz kadrların təhsil alması üçün Şəmsəddin Hacıyev hər cür şərait yaradıb. Çünki onun özü bu məsələlərdə maraqlıdır.- İddia edirsiniz ki, bu qanunsuzluğun başında Şəmsəddin müəllim durur?- Bəli. Özü də bazar münasibəti formasında həll edir. - Əgər reallıq belədirsə, nədən ona ancaq Siz etiraz edirsiniz?- Mən Şəmsəddin Hacıyevin müşaviri idim. Ona həm şifahi, həm də yazılı qaydada dəfələrlə müraciət etmişəm ki, bu işləri azaltmaq lazımdır. Hətta Damət Bağırovun, Əsəd Mirzəyevin və başqalarını çəkərək demişəm ki, bu insanları ətrafınızdan kənarlaşdırılmasa, universitetin aqibəti pis olacaq. Bilin ki, 109 qrupdan imtahan götürülmür.- Nəyə götürülmür? 109 qrup necə tələbəni əhatə edir? -Min nəfərdən çox tələbədən söhbət gedir.- Bəs imtahanlar niyə götürülmür?- Çünki fakultə dekanları onlardan lazımı qədər pul toplayır. Müəllimlərə isə ağ cədvələ imza çəkdirirlər. Bu zaman hər qupa görə müəllimlərə 50-100 manat pul verirlər. Müəllimlərdə deyinə-deyinə qalırlar və bir tikə çörəyə görə dinmirlər. - Bəs Təhsil Nazirliyinin bunlardan xəbəri yoxdur?- Mən Təhsil Nazirliyinə də yazmışam. Məsələ burdadır ki, hər il özəl universitetlərdən bura xeyli adam “perovod” olunur. Əgər bu köçürmələr pulsuz həyata keçirilsə, özəl institutlarda tələbə qalmaz. Çünki orada həm qiymətlər bahadır, həm də oxumaq çətindir. İldə haradasa 500-600 nəfər bura «perevod» alır. Rektorun dediyinə görə, bundan alınan rüşvətin bir hissəsi Təhsil Nazirliyinə, bir hissəsi isə özünə çatacaq. - Köçürmələr ancaq Dağıstan filialı vasitəsi ilə həyata keçirilir?-Yox, Dağıstan filialı öz yerində, başqa özəl universitetlərdən də köçürülür. - Hazırda İqtisad Uiversitetində işləyirsinizmi?- Xeyr. Korrupsiyaya qarşı mübarizə ilə bağlı rektora 14 maddədən ibarət ərizə yazdım. Ərizənin sürəti məndədir. Universitetdə baş verən prosesləri 14 maddədə quruplaşdırıb rektora təqdim etdim. Bundan sonra rektor mənə bir tapşırıq verdi. Məndə bu tapşırığı yerinə yetirməkdən imtina etdim.- Niyə imtina etdiniz?-Fakt bu idi ki, Əliyev Əlixanın oğlunu özəl universitetdən bizim universitetə köçürüblər. Əlixanda pulun bir hissəsini rektora çatdırmayıb. Əliyev Əlixan mənim kafedramda olduğundan rektor mənə dedi ki, onu başa salım ki, pulun qalan hissəsini versin. Məndə bundan imtina etdim. Bundan başqa 14 maddəlik ərizəm və mətbuatda bir neçə dəfə çıxış etməyim rektorun xoşuna gəlməyib. Bundan sonra mənə şər-böhtan ataraq işdən çıxardı. - Necə çıxarıldınız?- Deməli rektor üstümə 5 nəfərdən ibarət komissiya göndərdi. Onlardan ikisi prorektor, biri kadrlar şöbəsinin müdiri, bir nəfər xüsusi şöbənin, bir nəfər isə hüquqşünas idi. Mənə dedilər ki, seyfini aç, oradakıları aktlaşdıracağıq. Məndə sual etdim ki, məhkəmənin bununla bağlı müvafiq qərarı varmı. Onlar da dedilər bu rektorun göstərişidir və bunu yerinə yetirməyə bilməzlər. Əlavə etdilər ki, seyfi açmasam özlərindəki açar vasitəsilə açıb aktlaşdıracaqlar. Bunların həyasızlıq etdiyini görüb seyfimi açdım, orada 5-6 kitabım var idi. Bunlar kitabları görəndən sonra seyfin aktlaşdırılmasını təxirə saldılar. Məndən tələb etdilər ki, otağı təhvil verim. Məndə söylədim ki, burada mənim kitablarım, əlyazmalarım, monoqrafiyalarım və başqa əşyalarım var. Səhhətim belədir ki, 3-4 kiloqramdan artıq yük götürə bilmərəm. İcazə verin yaxın qohumlarımdan birni çağırım və əşyaları aparım. Gedib qardaşım oğlunu tapdım və 2 saatdan sonra işə qayıtdım. Bu zaman gördüm ki, otağımda olan əşyaları birinci mərtəbədə divarın dibinə töküblər. Mənə lazım olan sənədləri, monoqrafiyaların bəzilərini götürüblər. Ümumiyyətlə Şəmsəddin ziyalıya, deputata və rektora yaraşmayan hərəkət edib. Bundan başqa, otağımda əlyazmalarım olurdu və bəzən yadımdan çıxıb otağımda qalırdı. Səhər gəlib görürdüm ki, əlyazmalarım oğurlanıb. Təsəvvür edin ki, bir dəfə seyfimi açdıraraq bəzi şeyləri oğurlatdırıb. Onların arasında dissertasiya ilə bağlı qızımın xaricdə çıxan məqaləsi olan jurnalı da apartdırıb. Yənu bu yolla övladımın dissertasiyasının müdafiəsinə problem yarandı. Düz bir il bunu təsdiq etmədilər. Hansı ki, övladım Böyük Birtaniyada universitetdə təhsil alıb. - Hazırda sizə qarşı təzyiqlər varmı?- Belə təzyiqlər var ki, iki dəfə məni məhkəməyə veriblər.Təsəvvür edin ki, guya mən demişəm ki, Əlixan “qoluboydur”. Əlixana təzyiq edib ki, məni məhkəməyə versin. Əlixana deyib ki, əgər sən “qoluboy” olmadığını təsdiq etməsən işdə saxlamayacağıq. Birdə seçki komissiyasının iclasında Mustafa Qarayev adlı biri çıxış edərək Əlixana deyib ki, sənin yerinə olsam Bədirxanın başına güllə vuraram, buna gücüm çatmasa öz başıma vuraram. Yəni bunlar Əlixanı təhrik edirlər ki, məni öldürsün. Eminov Nazim çıxışında Əlixanı təhrik edib. Guya mən Əlixanı təhqir etmişəm.- Doğurdanmı təhsil ocağında belə əməllər mövcuddur?- Rektorun özü və ümumi işlər üzrə prorektor dedi ki, “qoluboyların” onlarda siyahısı var. Rektor isə mənə dedi ki, sən bu şəxsən təqdimat yaz, sonra mən onu işdən çıxaracağam. Məndə dedim ki, əimdə əsas olmadığından təqdimat yaza bilmərəm. Rektor isə dedi ki, sənin işin olmasın, təqdimatı yaz, özüm onu yoxlatdırıb işdən qovacağam. Əslində bütün bunlara səbəb Əlixanın onlara lazımı qədər pul çatdırmaması idi. Məndən sonra kafedranın iclasında Əlixan bildirib ki, guya Ağadadaş Qafarov mənə “qoluboy” deyib. Məndə indi Əlixanı məhkəməyə verirəm. Ağadadaş Qafarov isə belə bir söz demədiyini bildirib.-Bundan sonra, hansı addımlar atacaqsınız?

OXŞAR XƏBƏRLƏR