İqtisad Universitetində “SƏS VER | 2015” layihəsinin açılışı olub - FOTOLAR

GƏNCLİK
12:47 20.10.2015
2585
5 oktyabr 2015-ci il tarixində Azərbaycan Dövlət İqtisad Universitetində “SƏS VER | 2015” layihəsinin açılış mərasimi baş tutub. 
AZXEBER.COM xəbər verir ki, “SƏS VER | 2015” layihəsi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbycan Dövlət İqtisad Universitetinin tərəfdaşlığı ilə “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan böyük bir layihədir.“SƏS VER | 2015” layihəsinin açılış mərasimində “İqtisadçı Tələbələrə Dəstək” İctimai Birliyinin idarə heyyətinin üzvü, layihə rəhbəri Nihad Allahyarlı, ictimai birliyin sədri Səməd Rzazadə və universitet rəsmiləri iştirak etmişdir. Açılış nitqi ilə sözə başlayan, Nihad Allahyarlı layihənin məqsədinin qarşıdan gələn seçkilərdə gənclərin fəallığının artırılması, seçkilər zamanı səs vermə hüququndan ilk dəfə istifadə edəcək gənclərin maarifləndirilməsi, onların seçkilərdə fəal iştiraka həvəsləndirilməsi, gənclər arasında fəal vətəndaşlığın təbliği, ölkə üzrə ilk dəfə səs verəcək gənclərin şəbəkəsinin yaradılmasını təmin etməkdir olduğun bildirib.Layihənin qarşısında duran vəzifələr isə, gənclər üçün səs vermə prosesinə aid, xüsusi təlimlərin keçirilməsi, aktiv gənc seçici kütləsinin formalaşdırılması, cəmiyyət fərdləri olan digər gənclərdə də, seçki prosesinə marağ yaratmaq və motivasiya etməkdən ibarətdir, mərasim iştirakçılarının nəzərinə çatdırıb.Daha sonra ictimai birliyin sədri Səməd Rzazadə layihənin icra prosesi haqqında danışıb və ardından tələbələrin çıxışçılara olan sualları cavablandırılıb.Qeyd edə ki, 12 gün ərzində ilk dəfə səs verəcək gənclərə üçün xüsusi “SƏS VER” təlimləri həyata keçirilməklə yanaşı, müxtəlif ictimai xadimlərlə görüşlər, əyləncəli tədbirlərdə həyata keçirilməsi planlaşdırılır və sonda layihədə aktiv iştirak edən gənclərə sertifikat təqdim olunacaqdır.

OXŞAR XƏBƏRLƏR