İqtisad Universitetində yaşlı dosentlər işdən - ÇIXARILACAQ

İqtisad Universitetində yaşlı dosentlər işdən - ÇIXARILACAQ
Bütün Xəbərlər
16:48 12.01.2016
1166

“Əcnəbi tələbələr üçün təhsil haqqı 4000 dollar müəyyən olunub”.

Azərbaycan Dövlət İqtisad Universitetində təhsil haqları artırılmayacaq.

Bunu ADİU rektoru Ədalət Muradov deyib.

O bildirib ki, ADİU-da yalnız əcnəbi tələbələrin təhsil haqları artırılıb:

“Əcnəbi tələbələr üçün təhsil haqqı 4000 dollar müəyyən olunub”.

Universitetdə 917 nəfər müəllimin çalışdığını nəzərə çatdıran rektor qeyd edib ki, bu rəqəm çoxdur:

“Yaşı 70-dən yuxarı, elmi dərəcəsi olmayan, habelə yaşı 75-dən yuxarı dosentlərin işdən çıxarılması nəzərdə tutulur. Yalnız professorlar istədikləri qədər universitetdə çalışa biləcəklər”.

Rektor əlavə edib ki, rəsmi rəqəmlərə görə, universitetin məzunlarının 38 faizi 1 ay müddətində işlə təmin olunub.

Ə. Muradov qeyd edib ki, Rusiya Federasiyasının Dərbənd şəhərində tələbə qəbulu aparılması üçün artıq lisenziya alınıb:

“Eyni zamanda, iqtisadi mühəndisliklə bağlı ixtisasların açılması da gündəmdədir”./apa

OXŞAR XƏBƏRLƏR